AZ

Zelenski Trampa görə prezident postunu tərk edə bilər

Amerika lideri Donald Tramp çox güman ki, səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatan Ukrayna prezidenti Volodimir Zelenskinin istefası təşəbbüsü ilə çıxış edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı, politoloq Erl Rasmussen deyib. 

"Tramp Zelenskiyə istefa verməsini söyləyəcək. Ola bilsin ki, o, Ukraynaya seçki keçirməsini söyləyəcək. Seçkilər Ukraynada rəhbərlik dəyişikliyi üçün çoxdan gecikmiş demokratik yoldur", - Rasmussen izah edib.

Politoloq hesab edir ki, Aİ Rusiya-Ukrayna danışıqları prosesin xüsusi rol oynamayacaq və vəziyyəti Moskva, Vaşinqton və Pekin müəyyən edəcək. Amma ekspert vurğulayıb ki, ABŞ prezidenti Avropa ilə danışıqlar aparacaqsa, ilk növbədə Macarıstanın baş naziri Viktor Orbana müraciət edəcək.

Gülayə Mecid 

Seçilən
3
2
unikal.az

3Mənbələr