Bakı, TurkicWorld
Qısa müddətli bloklamadan sonra TikTok ABŞ-da Google Play Store və App Store-a qayıdıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, yanvarın 19-da tətbiq edilən giriş qadağası səbəbindən platformalardan silinən TikTok yenidən yüklənə bilər.
ABŞ Prezidenti Donald Tramp TikTok-un Amerika şirkətinə satılmaması halında qadağanın qüvvəyə minəcəyini bildirsə də, bu müddətin uzadıla biləcəyini qeyd edib. O, qadağanın ləğvi üçün TikTok-un ən azı 50%-nin ABŞ şirkətinə məxsus olmasını tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, Tramp administrasiyası tətbiqin bağlanmasının qarşısını almaq üçün məlumat təhlükəsizliyi məsələlərini həll etməlidir. TikTok-un ana şirkəti ByteDance Çin qanunlarına əsasən istifadəçi məlumatlarını dövlətlə paylaşmaq öhdəliyinə malikdir ki, bu da ABŞ-da narahatlıq doğurur.