ChatGPT və bir çox oxşar süni intellekt proqramlarının yaradıcısı olan OpenAI-nin qurucusu və baş direktoru Sam Altman Paris Süni İntellekt Sammitində iştirak edib.
Turkustan.az xəbər verir ki, zirvədə bir televiziya kanalında qonaq qismində iştirak edən Altman İlon Maska qarşı ciddi tənqidlər səsləndirib.
İlon Maskın OpenAI üçün 97 milyard dollarlıq təklifini rədd edən Altman OpenAI-nin satışda olmadığını bildirdi. O, Maskı OpenAI-nin işini yavaşlatmağa çalışmaqda günahlandırdı, eyni zamanda bir çox iddialarla məşğul olduqlarını açıqladı.
Altman isə İlon Maskın şəxsi vəziyyətinə toxunaraq, "Ona yazığım gəlir. Onun xoşbəxt bir insan olduğunu düşünmürəm. O, həyata həmişə etibarsızlıq mövqeyindən yanaşır" deyib.
Aytən Yaşar/ Turkustan.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta