AZ

Yeniyetmə cüdoçular Samorin Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər.

15-16 fevralda Slovakiyanın Samorin şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. 

"Operativ Media" xəbər verir ki, turnirdə 32 ölkədən 707 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev ədalət təmsilçiləri arasında yer alacaq.

Yarışda iştirak edəcək heyət:

-50 kq. 

Anar Quliyev

İbrahim Talıbov

-55 kq. 

Məhəmmədəli Hüsiyev

Rəsul Əlizadə

-60 kq. 

Zeyd Ələsgərov

İlkin Qarayev

-66 kq. 

Əli Hümbətov

Özqan Quliyev

-73 kq.

Məhəmməd Ağakişiyev

Səid Şərifov

-81 kq.

Amin Mehdiyev

Abdullah Rəhmətov

-90 kq. 

Nurəddin Əliyev

Emin Şirinov

+90 kq.

Tunar Fərzəliyev

Sübhan Axundov

Seçilən
5
11
operativmedia.az

10Mənbələr