AZ

"Bankların aktivlərinin həcmi 7.8% artıb"

Bankların aktivlərinin həcmi 2024-cü ilin sonuna 53 mlrd. manat təşkil etmişdir ki,  bu da 2023-cü illə müqayisədə 7.8% çoxdur.

FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, kredit portfelindəki artım isə bu tempi 2.4 dəfə ötərək 18.5% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.5 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 17.2%-lik artımla 14.8 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18.7% olmuşdur.

Seçilən
3
fed.az

1Mənbələr