![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/14/1/6b91a713-7958-4aa8-a322-e7dd649cf388/aleksandr-vinnik-yeni.jpg)
ABŞ-də həbsdə olan Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya təhvil verilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, Moskvaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Mitsubishi Challenger” təyyarəsi ilə gətirilib.
Vinniki daşıyan təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.
Qeyd edək ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-nin tələbi ilə Yunanıstanda həbs edilib və orada o, hazırda fəaliyyətini dayandırmış BTC-e kriptovalyuta birjası vasitəsilə 4-9 milyard dollar arasında pulların yuyulmasında günahlandırılıb.