Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində bıçaqlanma hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü G.Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib. O, qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə G.Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
"Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".