“Ukrayna üzrə sülh danışıqları zamanı mövqelər dəyişə bilər və əldə olunacaq nəticələr çoxlarını şoka salacaq”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D.Vens “The Wall Street Journal”a müsahibəsi zamanı məlumat verib.
“Düşünürəm ki, bu, bir çox insanı şoka salacaq sövdələşmə ilə nəticələnəcək”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sövdələşməyə gözünü yumub getməyəcək və Ağ Ev rəhbəri bəyan edəcək ki, bütün məsələlər masadadır, gəlin razılaşaq.
Vans bildirib ki, Tramp danışıqların gedişindən asılı olaraq mövqeyini dəyişə bilər.
Daşqın HəsənovMissiya.Az