AZ

“Ən böyük peşmanlığım “Real”a keçmək olub”

İngiltərə millisinin əfsanəvi futbolçusu Devid Bekhem maraqlı fikirlə diqqət çəkib.

Msport.az xəbər verir ki, “İnter Mayami”nin rəhbəri karyerası ərzində verdiyi yanlış qərarı açıqlayıb.

O, ən yanlış addımı kimi “Real”a keçməyi hesab edib: “Karyeramı “Mançester Yunayted”də davam etdirmək və orada bitirmək istərdim. Ən böyük peşmanlığım “Real”a keçmək olub”.

Qeyd edək ki, Devid Bekhem “Real”a 2003-cü ildə “Mançester Yunayted”dən keçib. O, karyerası ərzində “Preston”, “Los Anceles Qalaksi”, “Milan” və PSJ-də də çıxış edib.

Seçilən
16
msport.az

1Mənbələr