AZ

Tramp üçtərəfli görüşlərin anonsunu verib

AzVision.az xəbər verir ki, Ağ Evin Oval kabinetində keçirdiyi mətbuat konfransında prezident Tramp Səudiyyə Ərəbistanında keçiriləcək görüşə onun şəxsi və ya Rusiya prezidenti Vladimir Putinin qatılmayacağını, hər iki ölkənin rəsmiləri ilə yanaşı, Ukraynadan da nümayəndələrin iştirak edəcəyini bildirib.

“Sabah Münhendə, sonra gələn həftə görüş olacaq. Səudiyyə Ərəbistanındakı görüş mənimlə və ya prezident Putinlə deyil, yüksək səviyyəli rəsmilərlədir. Ukrayna da bu görüşün bir hissəsi olacaq və biz bu dəhşətli müharibəyə son qoya biləcəyimizi görəcəyik”, - “Ukrainskaya Pravda” qəzeti Trampın sözlərini sitat gətirib.

Ukrayna prezidentinin müşaviri Dmitri Litvin, öz növbəsində, Rusiya nümayəndə heyətinin iştirakı ilə Münhendə görüşün mümkünlüyünü jurnalistlərə tam fərqli kontekstdə şərh edib.

- Ukraynanın mövqeyi dəyişməzdir. Ukrayna əvvəlcə Amerika ilə danışmalıdır. Avropa real və davamlı sülh üçün istənilən ciddi söhbətin bir hissəsi olmalıdır. Ruslarla söhbət masasında yalnız razılaşdırılmış ümumi mövqe olmalıdır. Ruslarla boş masa arxasında görüşmürlər. İndi isə masa üzərində heç nə yoxdur. Münhendə ruslarla söhbət etmək planı yoxdur”, - ukraynalı məmur iddia edib.

Donald Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə şəxsi görüşü də mümkün sayıb, lakin bu görüşün tarixi və digər detalları hələ razılaşdırılmayıb. Kreml Ər-Riyadın görüş yeri kimi qəbul edildiyini təsdiqləyib. Səudiyyə Ərəbistanının paytaxtında isə bu tədbirə hazırlıq hələ başlamayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
2
azvision.az

1Mənbələr