Bakı. Trend:
Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötənildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılıb. Buməqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursuyaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativməhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbuledilib.
Trend xəbər verir ki, bunu bugün Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan MərkəziBankının sədr müavini Toğrul Əliyev deyib.
O bildirib ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemlərihaqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyətexnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyub: "Ötən dövrərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniştəşkilatı və 1 operator lisenziyalaşdırılıb. Həmçinin qeydedilməlidir ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsiningenişləndirilməsi davam etdirilmiş, “Açıq bankçılıq” üzrə tələblərtəsdiq olunub. Maliyyə innovasiyalarının inkişafı məqsədilə MərkəziBank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinəbaşlanılıb".
"Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internetresursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi TənzimləməRejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdankeçirilir", - deyə o vurğulayıb.