AZ

Azərbaycan çempionatında ikinci final günü: Bu gün mükafatçılar bəlli olacaq?

Şahmat üzrə Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yarışın ikinci final görüşləri baş tutacaq.

Kişi şahmatçıların mübarizəsində ilk gündə heç-heçə edən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ikinci oyunda qalibi müəyyənləşdirməyə çalışacaqlar.

Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirmədiyindən artıq üçüncü yerin sahibi dəqiqləşib. Misrətdin İskəndərov oynamadan bu hüquqa yiyələnib.

Qadınların həlledici görüşündə isə Günay Məmmədzadə ilk görüşdə məğlub olduğu Gövhər Beydullayevadan revanş üçün şahmat lövhəsi arxasına keçəcək.

3-cü yer uğrunda partiyada da bu gün heç-heçə qeydə alınarsa, Ülviyyə Fətəliyeva bürünc medala yiyələnəcək. Gülnar Məmmədova hesabı bərabərləşdirəcəyi halda, mükafatçı tay-brekdə dəqiqləşəcək.

Qeyd edək ki, çempionat nokaut sistemi üzrə keçirilir. Rəqiblər fiqurlarda rəng dəyişikliyi edərək iki oyun keçirir və lazım olduqda tay-brek də oynayırlar.

Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr