AZ

Tramp: Bu ölkəyə milyardlıq silahlar və F-35 satacağıq

ABŞ prezidenti Tramp Ağ Evdə qonaq olduğu Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirib.

Turkustan.az xıbır verir ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı artıracaqlarını qeyd edən Tramp, "Bu ildən başlayaraq Hindistana hərbi satışlarımızı milyardlarla dollar artıracaq və eyni zamanda F-35 döyüş təyyarələrinin tədarükünün də yolunu açacağıq" deyib.

Hindistan daha əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına baxmayaraq, ABŞ-da müvafiq sanksiya qanunu olan CAATSA sanksiyalarından azad edilmişdi.

Vaşinqtonun bu addımı eyni sistemləri Rusiyadan aldığı üçün bu sanksiyalara məruz qalan Ankaranın qəzəbinə səbəb olub.

Hindistan 2018-ci ilin oktyabrında Rusiya ilə 5,8 milyard dollarlıq müqavilə əsasında Moskvadan S-400 hava hücumundan müdafiə sistemləri alıb və ilk partiya 2021-ci ilin dekabrında təhvil verilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
turkustan.az

1Mənbələr