AZ

Dünyanın məşhur geyim brendi iflas edir

"Nike" və "Adidas" kimi idman geyimi brendlərinin əsas rəqiblərindən biri sayılan "Billabong", "Quiksilver" və "Volcom" markalarının sahibi olan "Liberated Brands LLC" şirkəti maliyyə çətinliklərinə görə ABŞ-da iflas üçün müraciət edib.

Valyuta.az xəbər verir ki, şirkət ümumilikdə 124 mağazasını bağlamağa hazırlaşır.

Sənaye dəyişikliklərinə ayaq uydura bilmədi

"Nike" və "Adidas"ın əsas rəqiblərindən biri hesab olunan bu şirkət, idman geyim sənayesindəki böyük dəyişikliklərə uyğunlaşa bilmədiyi üçün yüzlərlə işçisini işdən çıxarmağa və mağazalarını bağlamağa məcbur olub.

Gənclər arasında bir zamanlar çox populyar idi

Sörf və skeytbord mədəniyyətinin simvolu sayılan "Billabong", "Quiksilver" və "Volcom" markaları bir zamanlar gənclər arasında böyük məşhurluq qazandı. Lakin son illərdə idman geyim sənayesindəki sürətli dəyişikliklər və "Nike", "Adidas" kimi iri brendlərin bazara daha yaxşı uyğunlaşması bu markaların bazar payının kəskin azalmasına səbəb olub.

Şirkət rəhbərindən açıqlama

Məsələ ilə bağlı açıqlama verən şirkətin baş direktoru Todd Haymel, "Makroiqtisadi problemlər, faiz dərəcələrinin sürətlə artması, inflyasiya və tədarük zəncirindəki gecikmələr şirkətimizin gəlirlərinə ciddi təsir edib", – deyə bildirib.

Şirkətdən verilən məlumata görə, "Billabong", "Quiksilver" və "Volcom" mağazalarına aid hədiyyə kartları 16 fevral 2025-ci ildən etibarsız sayılacaq. Bu isə mağazaların bağlanma prosesinin daha da sürətlənəcəyini göstərir. Digər tərəfdən, şirkətin yalnız 3,3 milyon dollar nağd vəsaiti qaldığı və bu məbləğin cəmi bir həftəlik fəaliyyət üçün yetərli olduğu bildirilir. Bu vəziyyət, "Liberated Brands LLC"nin qısa müddətdə ciddi dayanıqlılıq problemi ilə üzləşdiyini göstərir.

Maya Hüseynova

Seçilən
8
valyuta.az

1Mənbələr