Sea Breeze

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş Jalə Namazova tərəfindən Düyərli kənd 1 saylı tam orta məktəbində həyata keçirilən Khan Academy Düşərgəsi böyük maraqla qarşılandı və uğurla tamamlandı. AzPost bildirir ki, layihə kənd məktəbində oxuyan şagirdlərin keyfiyyətli təhsilə, xüsusən də riyaziyyata çıxışını artırmaq məqsədi daşıyırdı.

Düşərgə zamanı şagirdlər www.az.khanacademy.org onlayn təhsil platforması üzərindən riyazi biliklərini qiymətləndirmək və təkmilləşdirmək üçün fərdi profillər yaratdılar, ilkin qiymətləndirmə testlərindən keçdilər və məqsədyönlü təlimlərdə iştirak etdilər. Bu proses onların riyazi bilik səviyyələrini artırmaqla yanaşı, müstəqil öyrənmə bacarıqlarını da inkişaf etdirdi.

Düşərgə yalnız riyazi təlimlərlə məhdudlaşmadı. Digər platformalar vasitəsilə təşkil olunan komanda oyunları və interaktiv məşğələlər şagirdlərə əyləncəli vaxt keçirməyə, komanda ruhunu gücləndirməyə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə imkan yaratdı. Həm təhsil, həm də idman fəaliyyətləri uşaqlarda yeni bacarıqların formalaşmasına və özünəinamın artmasına səbəb oldu.

ETX
ETX
ETX