"Bu gün çox pis oynadıq. Qol vurduğuma görə heç sevinmirəm. Çünki biz komanda şəklində uduzmuşuq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın futbolçusu Roland Sallay deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a 1:4 hesablı məğlubiyyəti şərh edən 27 yaşlı macarıstanlı hücumçu cavab görüşünə ümidvar olduğunu bildirib: "Rəqib qələbəyə layiq idi. Bunu qəbul etməli və məğlubiyyətdən dərs çıxarmalıyıq. İkinci matçda əlimizdən gələni edəcəyik. Qalib gəlmək məcburiyyətində olduğumuzu bilirik".