2024-cü ildə 7 Oskar mükafatı qazanan \"Oppenheimer\" filminin rejissoru Kristofer Edvard Nolan yeni film hazırlıqlarına başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, \"Odisseya\" filminin bir hissəsini Türkiyədə çəkməyə qərar verib.
Nolan 2026-cı ildə yayımlanacaq yeni filminin bəzi səhnələrini Ordunun Perşembe rayonundakı Jason Cape yarımadasında çəkəcək.
Filmin aktyor heyətinə Çarlize Zeron, Tom Holland, Matt Damon, Zendaya, Anne Hathavay və Robert Pattinson kimi Hollivud ulduzları daxildir.
Film Odisseyin Troya müharibəsindən sonrakı təhlükəli səyahəti və həyat yoldaşı Penelopa ilə qovuşmasından bəhs edir.
Aysel