AZ

Millimiz Danimarka yığması ilə görüşəcək

Azərbaycanın badminton millisi Bakıda təşkil olunan qarışıq komandalar arasında Avropa çempionatında bu gün sonuncu matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 10:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda keçirdiyi oyunlarda İngiltərə və İspaniyaya 2:3 hesabı ilə məğlub olaraq yarımfinal şansını itirib. Hazırda Danimarka millisi 2 xalla qrup lideridir. Hərəyə 1 xal qazanan İspaniya ilə İngiltərə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Xalı olmayan Azərbaycan millisi sonuncudur.

Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib

İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib

Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib

Seçilən
11
apasport.az

1Mənbələr