Məsələ ilə bağlı "Ajans.az"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, torpaq daim azalan daşınmaz əmlak növüdür:
‘’Digər daşınmaz əmlak növləri olan binalar, fərdi yaşayış evləri, obyektlər torpağın üzərində olduqları üçün dəyərlidilər. Həmin obyektlərin dəyərini torpaqlar təşkil edir. Bu baxımdan zaman keçdikcə torpaq sahələri azaldıqca qiymətlər yüksəlir. Bu tendensiya da daşınmaz əmlaka transfer edilir. Torpaq sahəsinin statusu qanuna uyğun olmadıqda alqı-satqıda problem yaşanır. Bir sözlə, torpaq sahələri alınarkən əsasən hüquqi məsələlər diqqətdə saxlanılmalıdır. Çünki sonradan ciddi problemlər yaşana bilər. Yaşayış fondunun topraqları yaşayış məqsədi ilə istifadə edilməlidir. Təbii ki, ölkəmiz inkişaf etdikcə, insan sayı artdıqca sıxlıq artır. Bu da qiymətə böyük təsir edir. Aşağı qiymətdə torpağı insanların çox məskunlaşmadığı, Abşeron yarımadasında tapmaq mümkündür. Lakin elə bir dövr gələcək ki, həmin ərazilərin də qiyməti bahalaşacaq. Çünki insanlar sıx məskunlaşması infrastrukturun inkişafına böyük töhvə verir. Xatırladım ki, bir müddət əvvəl bəzi bölgələrdə infrastruktur görüntüləri yox səviyyəsində idi. Lakin hazırda əvvəlki illərə nəzərən qiymətlər ciddi şəkildə artıb. Bəzən vətəndaşlar aşağı qiymətlə təklif olunan torpaqların sənədlərinə fikir vermirlər. Lakin alqı-satqı prossesində daşınmaz əmlak reysinə verilən çıxarışın üzərindəki hüquq növünə, təyinatına fikir vermək vacibdir".