AZ

Meksika , Meksika körfəzi üzərindən Google-a reaksiya verib

Bakı, TurkicWorld

Meksika Prezidenti Claudia Sheinbaum, Google-un xəritə xidmətində "Meksika Körfəzi" adını "Amerika Körfəzi" olaraq dəyişdirməsinə görə şirkəti məhkəməyə verməklə hədələyib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Sheinbaum, Google-un baş direktoru Sundar Pichai-yə məktub göndərdiyini, lakin aldığı cavabdan məmnun qalmadığını bildirib.

"Hazırda Google ilə mübahisəmiz var. Onlardan izahat tələb etdik, cavab verdilər, biz yenə məktub göndərdik. Əgər Google bu israrlı səhvini düzəltməsə, hüquqi addımlar atacağıq."- deyə o bildirib.

Sheinbaum vurğulayıb ki, Google-un ABŞ-da "Amerika Körfəzi" ifadəsini istifadə etməsi, lakin digər regionlarda "Meksika Körfəzi"ni göstərməsi ciddi problem yaradır.

Sheinbaum Google-un bu addımını tənqid edərək qeyd edib ki, hətta ABŞ-ın keçmiş prezidenti Donald Tramp belə belə bir dəyişiklik təklif etməyib.

Sheinbaum həmçinin Britannica Ensiklopediyasının hələ də "Meksika Körfəzi" adını istifadə etdiyini xatırladaraq, Google kimi qlobal platformaların dəqiq məlumat verməsinin vacibliyini vurğulayıb.

"Meksika Körfəzi beynəlxalq bir su obyektidir və ABŞ-ın bu adı birtərəfli olaraq dəyişmək səlahiyyəti yoxdur." - deyə prezident qətiyyətlə bildirib.

Qeyd edək ki, Google, ABŞ-ın xəritəçəkmə proqramında "Meksika Körfəzi" adının "Amerika Körfəzi" olaraq dəyişdirildiyini və bu addımın Donald Tramp administrasiyasının göstərişi ilə həyata keçirildiyini açıqlayıb.

Seçilən
11
turkic.world

1Mənbələr