İnsanlar alma ətirli qazlı içkini iyrənc hesab edib.
“Medicina” xəbər verir ki, Fanta içkisinə üstünlük verən Böyük Britaniya sakinlərinə yeni dadlar təqdim edilib.
İctimaiyyətə təqdim olunan içkilər alma ətirli, moruq və tutti-frutti ətirlidir. Son dad insanları xüsusilə qıcıqlandırıb. O, banan, şaftalı və ananasın qarışığı kimi təsvir edilmişdi və alıcılar bu birləşməninuğurlu olmadığını bildirib.
Amma ən pis reytinqi alma dadında “Fanta” göstərib.
"Fanta" ürəkbulandırıcı, iyrənc və ümumiyyətlə çürük dad verirdi. Eyni zamanda, alma sevən insanlar mənfi rəy verib. Görünür, alma və alma sodası çox fərqli şeylərdir.
Yeni ləzzətlərin heç birini sevməyən qurmanlar da etiraz edib. Onlar qazlı içkiləri daha şəkərli sevdiklərini bildiriblər. “Bizə alma lazımdırsa, alma yeyərik”.
Aygün Musayeva
![](https://www.medicina.az/uploads/images/2025-02-13-16-31-26owoEkjbRfQPbjOVwmXur_file.png)