Almaniya kansleri Olaf Şolts Bundestaqı ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb. Onun sözlərinə görə, belə bir tədbir son 24 saat ərzində baş verən hadisələr və ABŞ-ın Ukrayna ilə bağlı bəyanatları fonunda zəruridir.
Kansler təklif edib ki, Bundestaq təcili olaraq Ukraynadakı müharibəni fövqəladə vəziyyət kimi tanıyan qətnamə qəbul etsin və bu, hökumətin digər xərclərinə təsir etmədən müdafiə üçün əlavə vəsait ayrılmasına imkan verəcək.
“Bu o deməkdir ki, bizim Ukraynaya bu gün həmişəkindən daha vacib olan dəstəyimiz bundan sonra dövlətimizin öz vətəndaşlarına münasibətdə yerinə yetirməli olduğu digər vəzifələr hesabına olmayacaq”, - Şolts bildirib.
S.ELAY
XQ