AZ

“İçkili olduğumdan avtobusun şüşəsini vurub sındırdım...”

Xırdalanda marşrut avtobusuna sərxoş halda daxil olaraq digər vətəndaşların narahatlığına səbəb olan və dava-dalaş salan şəxs cəzalandırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 515 saylı marşrut avtobusunun şüşəsini sındıran şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun Beyləqan rayonu Kəbirli kənd sakini 1984-cü il təvəllüdlü X.Həsənov olması müəyyən edilib. İctimai asayişi pozan şəxs barəsində inzibati protokol tərtib edilib.

O, ifadəsində törətdiyi əməli etiraf edib: “Spirtli içkinin təsiri altında Xırdalan dairəsindən hərəkət edən 515 nömrəli marşrut xəttinə aid avtobusda əyləşmişdim. İçkili olduğumdan ətrafda narahatlığa səbəb olmuşam. Sürücü məndən avtobusu tərk etməyimi tələb etdi və mübahisə yarandı. Əsəblərimi cilovlaya bilməyərək avtobusun sağ yan şüşəsini vurub sındırdım. Bir qədər sonra polislər gəlib məni saxladılar”.

Abşeron Rayon Məhkəməinin qərarı ilə 75 manat cərimə edilən vətəndaş sərbəst buraxılıb.

Seçilən
10
5
qafqazinfo.az

6Mənbələr