AZ

Şahmat: Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçiriləcək

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.

Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb - 0,5:0,5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.

Qadınlarda finalda Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərə aydınlıq gətirəcəklər. İlk dueldə G.Beydullayeva qalib gəlib - 1:0. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gəlir. Ü.Fətəliyeva ötən gün qələbə qazanıb - 1:0.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Seçilən
17
6
cbcsport.az

8Mənbələr