Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Busaat.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Baxış zamanı qaldırıcı qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qaldırıcı qurğuların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.