AZ

Dövlət katibinin olduğu təyyarə havaya qalxandan 90 dəqiqə sonra geri dönüb - Texniki problemə görə

Almaniyaya uçan ABŞ dövlət katibi Marko Rubionun olduğu təyyarə havalanandan xeyli sonra geri dönməyə məcbur olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Dövlət Departamentinin sözçüsü Tammy Bruce təsdiqləyib.

O bildirib ki, havaya qalxan təyyarədə 90 dəıqiqə sonra nasazlıq aşkalanıb: "Ötən axşam Vaşinqtondan Münhenə yola düşən dövlət katibi Rubionu aparan təyyarədə mexaniki problem yaranıb. Bu səbəbdən, təyyarə Merilenddəki Endryus Hava Bazasına geri qaytarılıb. Rubio Almaniya və Yaxın Şərqə səfərləri üçün başsqa təyyarədən yararanacaq"

Lamiyə ƏHMƏDLİ
MİA.AZ

Seçilən
13
2
mia.az

3Mənbələr