Bakı, 14 fevral, AZƏRTAC
Milli Kitabxanada “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə intellektual inkişaf və yüksək bədii zövqün formalaşmasında kitabın rolu, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Virtual sərgi ilə linki vasitəsilə tanış ola bilərsiniz.