Biləsuvarda məktəbin direktor əvəzi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Bəydili kənd orta məktəbinin direktor əvəzi Nurlan İmanov 3 gün əvvəl infarkt keçirib və ağır vəziyyətdə Bakı şəhərinə gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq 43 yaşlı N.İmanov bu gün vəfat edib.
Qeyd edək ki, N.İmanov uzun illər Biləsuvar Rayon Təhsil Sektorunda metodist kimi çalışıb.
Surxay Şahbazov