AZ

Azərbaycan nar ixracından gəlirini 33 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon 14,7 min ABŞ dolları dəyərində 2 278 ton nar ixrac olunub.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 %, həcm olaraq 35,3 % artıb.

“2025-ci ilin ilk ayında Azərbaycandna xarici bazarlara nar ixracının həcmi artmaqda davam edir”, - deyə məlumatda qeyd olunub.

Seçilən
17
4
report.az

5Mənbələr