AZ

Zakir Nuriyev: "Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi 1.7 dəfə üstələyib"

Hesabat ilində bank sektorunun məcmu kapitalı 10.8% (0.6 mlrd. manat) artaraq  6.2 mlrd. manata çatmışdır.

FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O bildirib ki, bank sektorunun kapital adekvatlığı 17.6% olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12%, digər banklar üçün 10%) 1.7 dəfə üstələmişdir.

O əlavə edib ki, sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 mlrd. manat, mənfəətin həcmi isə 1044.3 mln. manat təşkil etməkdədir.

Seçilən
31
2
fed.az

5Mənbələr