Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayacaq.
Kişilər arasında 60 kiloqramda Əhməd Yusifov Ənvəryon İbrohimovu (Özbəkistan), Murad Muradlı Telqelsar Munxyarqalu (Monqolustan), Balabəy Ağayev Mendsayxan Nyamsureni (Monqolustan), 66 kiloqramda Yaşar Nəcəfov Markus Auer (Avstriya) / İvan Çernik (Rusiya) cütünün qalibini, Ruslan Paşayev Əzizbek Artikov (Özbəkistan) / Kanat Seilxan (Qazaxıstan) görüşünün güclüsünü, Rəşad Yelkiyev Cuzeppe Detulliyonu (İtaliya), Elşən Əsədov Zamihşari Bekmuradovu (Özbəkistan) sınağa çəkəcək.
Qadınların mübarizəsində isə 48 kiloqramda Leyla Əliyeva Qiulya Qiqlionla (İtaliya), Könül Əliyeva Andrea Stoyadinovla (Serbiya), Şəfəq Həmidova Kaskulin Sprinqerlə (Avstriya), 57 kiloqramda Fidan Qasımova Veronika Tonilo (İtaliya) ilə, Fidan Əlizadə isə Yevgeniya Qayislə (Sloveniya) üz-üzə gələcək.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.