AZ

Bu gün Çin avtomobil satıcısı “BYD Motors Baku”nun məhkəməsidir

Çin istehsalı olan BYD avtomobil satıcısı “BYD Motors Baku” MMC məhkəmə qapılarında qalıb. Şirkətlə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “BYD Motors Baku” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“BYD Motors Baku” MMC ilə bağlı işə Səbail rayon Məhkəməsinə baxılır. Hakim Azər Tağıyevin icraatında olan işlə bağlı növbəti proses bu gün – 14 fevral tarixində keçiriləcək.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Anar Məlikov Əli oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən

Seçilən
8
2
tribunainfo.az

3Mənbələr