AZ

WSJ: Tramp Kiyevi danışıqlardan kənarlaşdırıb...

ABŞ prezidenti Donald Tramp faktiki olaraq Ukraynanı münaqişənin həlli üzrə danışıqlar prosesindən kənarlaşdırıb...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazır.

“Ən narahatedici məsələ odur ki, Tramp, deyəsən, Ukraynanı danışıqlardan kənarlaşdırır. O, sülh danışıqlarını Putinlə telefon danışığından sonra elan edib və faktdan sonra bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə məlumat verib”, deyə qəzet qeyd edir.

Məqalə müəlliflərinin fikrincə, Tramp danışıqlarda Putinə və Rusiyaya hər hansı digər tərəfdaşından fərqli yanaşır.

WSJ-nin məqaləsində qeyd edilir ki, Zelenski cümə axşamı RusiyaABŞ-nin Ukraynasız bağladığı razılaşmaya əməl etməyəcəyini bildirib.

Qeyd edilir ki, Almaniya kansleri Olaf Şolts Ukraynada nizamlanmanın başlaması fonunda Donald Tramp və Vladimir Putinin telefon danışıqlarından sonra Bundestaqı münaqişəni fövqəladə vəziyyət kimi tanımağa çağırıb. Şolts vurğulayıb ki, Avropa və Ukrayna istənilən danışıqlarda iştirak etməlidir.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr