AZ

“Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” adlı elmi-praktiki seminar keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 19 fevral 2025-ci il tarixində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzində təşkili nəzərdə tutulan seminarın əsas məqsədi Qərbi Azərbaycanda folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, mətbəximiz və bu kimi milli dəyərləri özündə əks etdirən mövzuların işıqlandırılması və gənc nəslə ötürülməsidir. 

Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı nəzərdə tutulub. 

 

Seçilən
11
2
xalqqazeti.az

4Mənbələr