Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
1 saat yarım çəkən telefon söhbətində prezidentlər Ukraynada müharibəyə son qoymaq üçün danışıqların "dərhal başlayacağını" razılaşdırıb.
Fevralın 12-də baş tutan zəngdən sonra Trump, Putinin də sülh istədiyini deyib.
Donald Traup onu da deyib ki, Vladimir Putinlə Ukrayna ilə bağlı ilk təkbətək görüş Səudiyyə Ərəbistanında ola bilər.
Tramp həmçinin qeyd edib ki, o və Putin bir birinin ölkəsinə səfər etmək barədə razılaşıblar.
Kremlin sözçüsü Dmitri Peskov da iki liderin səfərlərlə bağlı razılığa gəldiyini təsdiqləyib.
Putinlə telefon söhbətindən sonra Donald Trump Ukrayna lideri Volodimir Zelenski ilə danışıb.
Zelenski bildirib ki, Trump ona Putinlə telefon danışığı barədə məlumat verib.
Fevralın 12-də baş tutan telefon danışığı ABŞ və Rusiya liderləri arasında Ukraynada müharibə başlayandan bəri ilk təmas olub.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.
Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, "Putin Trampla razılaşır ki, artıq birgə işləmək vaxtıdır".
Telefon danışığından sonra Almaniya, Fransa, Böyük Britaniya və Avropa Komissiyasının birgə imzaladığı Kiyevə dəstək mesajı yayınlanıb.
Videoya YouTube kanalımızda baxın.