AZ

Kilian Mbappe Fransa millisinə qayıdır

Bakı, 14 fevral, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe Fransa millisinə qayıdır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Didye Deşam açıqlama verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu komandanın mart ayındakı təlim-məşq toplanışına dəvət ediləcək. Onun UEFA Millətlər Liqasında Xorvatiya seçməsi ilə 1/4 final oyununda meydana çıxacağıq gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe ötən ilin payızında Fransa millisinin ardıcıl iki təlim-məşq toplanışında iştirak etməyib.

Seçilən
27
2
azertag.az

3Mənbələr