AZ

ABŞ-dan Rusiyaya MÜHARİBƏ TƏHDİDİ: “Sülh sazişi ilə razılaşmasa...”

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvaya qarşı sanksiyalar və potensial hərbi əməliyyatlara başlaya bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti JD Vens “Wall Street Journal”a müsahibəsində səsləndirib.
 

“Bizim iqtisadi alətlərimiz, o cümlədən Putinə qaşrı istifadə edə biləcəyimiz hərbi vasitələrimiz var. İstənilən sayda forma və variantlar mövcuddur. Lakin biz Ukraynanın suverenliyinə, müstəqilliyinə əhəmiyyət veririk”, - deyə ABŞ rəsmisi qeyd edib.


Xatırladaq ki, fevralın 13-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Ukraynadakı münaqişəni müzakirə ediblər və münaqişəyə sülh danışıqları yolu ilə son qoymaq barədə razılığa gəliblər.

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr