Banklar da olan əmanətlərin həcmi 13,6% və 1,7 milyard manat artaraq rekord göstəriciyə 14,3 milyard manata çatıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev deyib.
O bildirib ki, bu artım müddətli əmanətlər artması hesabına baş verib. Unikal əmanətçi sayı isə 106 min nəfər artaraq 150 minə çatıb. Bu əmanətçilərin 78% hissəsi 30 min manata qədər əmanət yerləşdirən əmanətçilərdir.