2034 FIFA Dünya Kuboku futbol azarkeşləri üçün fərqli təcrübə vəd edir, çünki Səudiyyə Ərəbistanı spirtli içki satışının olmayacağını açıqlayıb.
İndex.az xəbər verir ki, bu qadağa yalnız stadionlarla məhdudlaşmayacaq. Otellərdə və bütün ölkə ərazisində spirt olmayacaq. Bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri də təsdiqləyib.
Şahzadə Xalid bin Bəndər Əl Səud bəyan edib ki, turnir üçün səyahət edən azarkeşlər alkoqol qəbulunun qəti qadağan olunduğu ev sahibi ölkənin adət-ənənələrinə hörmət etməlidirlər.