1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hüquqları "Yuventus"a məxsus olan, icarə əsasında Niderlandın "Ayaks" klubunda çıxış edən Daniele Ruqani sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 6 ay şərti cəza alıb.
Oxu.Az "Torino Today"ə istinadən xəbər verir ki, o, həmçinin 2000 avro məbləğində cərimə olunub, sürücülük vəsiqəsi əlindən alınıb və "Maserati" markalı avtomobili müsadirə edilib.
İtaliyalı müdafiəçi 2023-cü il iyulun 21-də spirtli içki qəbul edərək avtomobilini idarə edərkən yaxalanıb. Həmin vaxt o, "Yuventus"un futbolçusu olub.
Daniele 2012-ci ildən Turin klubunda çıxış edir. Bu müddət ərzində o, "Empoli", "Renn" və "Kalyari"yə icarəyə verilib.
Qeyd edək ki, Ruqani "Ayaks"ın "Qarabağ"la Avropa Liqasında baş tutan oyununun iştirakçısı olub. O, ötən ilin oktyabrında Bakıda keçirilən matçın start heyətində yer alıb və 59-cu dəqiqədə əvəzlənib. Bu görüşdə onun komandası 3:0 hesablı qələbə qazanıb.