AZ

Bəkməzə yeni rəqib çıxdı - kalium ehtiyatınızı bir qaşıqla dolduracaq möcüzə

Bəkməzə yeni rəqib çıxdı - kalium ehtiyatınızı

Son zamanlar süfrələrimizdə sürətlə öz yerini tutan ərik cemi şirniyyatsevərlərin sevimlisi olmaqla yanaşı, həm də sağlamlıq üçün çoxlu faydalar təqdim edir. Zəngin kalium, A vitamini və antioksidant tərkibi ilə ərik cemi sağlam həyatı dəstəkləyən güclü bir seçim olaraq önə çıxır. Bəkməz və bal kimi ənənəvi ləzzətləri əvəz etməyə namizəd olan ərik ceminin hər qaşığında orqanizmin ehtiyac duyduğu mühüm qidalar var.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ərik ceminin faydalarını təqdim edir:

Kaliumla zəngindir: Ərik, yüksək kalium tərkibi ilə ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və əzələ funksiyalarını gücləndirir.

A vitamini mənbəyidir: Ərik cemi, yüksək miqdarda A vitamini ilə dərini yeniləyir, göz sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir.

Antioksidant təsirə malikdir: Ərikdəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır və erkən yaşlanma təsirlərini azaldır.

İmmunitet sistemini dəstəkləyir: C vitamini tərkibi sayəsində ərik cemi, immuniteti gücləndirir və soyuqdəymə kimi xəstəliklərin qarşısını alır.

Həzm sistemini tənzimləyir: Ərikdəki liflər həzm sisteminin düzgün işləməsinə kömək edir və qəbizliyin qarşısını alır.

Xolesterolu tənzimləyir: Müntəzəm ərik  cemi istehlakı, pis xolesterin (LDL) səviyyəsini aşağı salmağa kömək edir və ürək xəstəlikləri riskini azaldır.

Ərik cemi, həm ləzzətli, həm də qidalı bir seçim olaraq süfrələrinizdə yer ala bilər. Müntəzəm istifadəsi ilə sağlamlığınıza əhəmiyyətli töhfələr verə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
17
1
e-saglam.az

2Mənbələr