AZ

Danışılmış oyunlara görə "Şamaxı"dan qovulan futbolçu Rusiya klubuna keçdi

Ötən ilin dekabrında "Şamaxı"nın müqaviləsinə xitam verdiyi Georgi Kantariyanın yeni klubu blli olub.

"Unikal" xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rusiyada çıxış edəcək.

O, 1-ci liqa təmsilçisi "Sokol"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kantariya ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Giorgi Kantariya mövsümün əvvəlində “Şamaxı”ya keçsə də, adı danışılmış oyunlarda hallandığı üçün dekabrda klubdan göndərilib. O, 2022-2023 mövsümündə isə "Kəpəz"də çıxış edib.

Seçilən
1
unikal.az

1Mənbələr