Fevralın 13-də Paris Şəhər Şurası Azərbaycana qarşı növbəti qərəzli bəyanat qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb. Sənəd Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən şəxslərlə bağlıdır.
Paris merinin dəvəti ilə müraciətin qəbulunda Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan da iştirak edib. Müraciətdə mer Ann Hidalqonun Ermənistana səfərləri, onun erməni xalqı ilə “qeyd-şərtsiz həmrəyliyi”, Paris Şəhər Şurasının Ermənistana və erməni xalqına tam dəstəyi qeyd edilir.
Paris Şəhər Şurası məhkəmə prosesini pisləyir, mühakimə olunanların azadlığa buraxılmasını tələb edir.
Beləliklə, Azərbaycanın daxili işlərinə müdaxiləyə bir daha uğursuz cəhd olunub. Bu əməllər Fransanın daha bir şərəfsizliyini ortaya qoyur.