Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Dmitri Kozyura 2016-cı ildə Petro Poroşenkodan mükafatlar alıb. O xüsusilə, “Antiterror əməliyyatında iştiraka görə” Prezidentin Fəxri Nişanı və “Antiterror əməliyyatı ərazisində xidməti vəzifələrini vicdanla yerinə yetirdiyinə görə” sertifikatı ilə təltif edilib.
Herbiand.az bildirir ki, bu barədə “İnformator Ukrayna” nəşri yazır.
Həmçinin məlum olub ki, Poroşenkonun dövründə Kozyura Ukrayna Təhlükəsizlik Xidmətinin strukturunda əsas departamentlərdən biri olan terrorizmlə mübarizə şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti fevralın 12-də “siçovul”un daha əvvəl 14 qanunsuz fəaliyyətini sənədləşdirərək Kozyuranı saxlamışdı. Onu ifşa edərək nəzarətə götürən Ukrayna Təhlükəsizlik Xidməti uzun müddət “siçovul”un vasitəsilə ruslara dezinformasiya ötürürdü: əvvəlcə əks-kəşfiyyat fəaliyyəti çərçivəsində, sonra isə cinayət işinin bir hissəsi kimi.
Bəxtiyar CƏFƏRLİ