Bakı, TurkicWorld
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, Pakistanın baş naziri Şahbaz Şərifə ölkəsinin KKTC-yə verdiyi dəstəyə görə təşəkkür edib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Ersin Tatar Şahbaz Şərifin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra verdiyi bəyanata istinad edərək Pakistanın Kipr türklərinə olan sarsılmaz dəstəyini vurğulayıb.
Şahbaz Şərif birgə mətbuat konfransında “Pakistan Şimali Kipr məsələsini tam dəstəkləyir və bu işdə çəkinmədən Türkiyənin yanındadır” sözlərini işlədib.
Ersin Tatar, dost və qardaş ölkələrin dəstəyi ilə KKTC-nin layiq olduğu mövqeyə çatacağına inandığını bildirib.
"KKTC vətəni Türkiyədən aldığı sarsılmaz güc və beynəlxalq həmrəylik sayəsində öz şərəfli yolunda irəliləməyə davam edəcək" - deyə sonda o bildirib.