AZ

ABŞ Avropanı NATO üçün Amerika silahları almağa çağırır - ÖZƏL

ABŞ səlahiyyətliləri NATO-nun gücünü qorumaq üçün Avropa ölkələrini Amerika silahları almağa çağırır.

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazır .

"Prezident Donald Trampın administrasiyası Britaniya və Avropadakı müttəfiqlərinə bildirib ki, NATO alyansına dəstək olmaq üçün onlardan Amerikadan silah və hərbi texnika alsınlar", - nəşr iddia edir.

Mənbələrin bildirdiyinə görə, Amerika səlahiyyətliləri bu tələbi son vaxtlar bir neçə dəfə səsləndiriblər. Onlar həmçinin Avropa ölkələri ABŞ ordusu ilə qarşılıqlı əlaqəni artırsa və Amerika şirkətlərinə investisiyaları artırarsa, NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq tələbini yumşaldacaqlarına söz verdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr