“Neftçi” yeni transferi Bassala Sambunun keçidi üçün “Paralimni”(Kipr) klubuna ödəyəcəyi təzminatın məbləği bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilib ki, "Neftçi" Kipr klubuna 100 min avro ödəniş edəcək.
Qeyd edək ki, 27 yaşlı Seneqal əsilli ingiltərəli hücumçu "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.