13 fevral 2025-ci il tarixdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti və məktəbin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş Voleybol idman növü üzrə yarışın açılış mərasimi keçirilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Sənan Sadıqov, Masalı Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Əlifağa Yaqubov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, şəhid ailələri, ziyalılar, kənd ağsaqqalları iştirak etmişlər.
Mərasim Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Giriş sözü ilə tədbiri açan məktəbin direktoru İlham Ağayev ölkəmizdə, eləcədə rayonumuzda şəhid adının uca tutulduğu, daim şəhid ailələrinə qayğı göstərildiyi və şəhidlərin xatirəsinə müxtəlif tədbirlərin keçirilməsinin ənənəvi olduğunu vurğulamışdır.
Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Hişkədərə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səyavuş Feyruzoğlu, şəhid valideynləri Rəbiyyə Nehmətova, Səkinə Ağayeva və Həzrətqulu Lələyev çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş idman yarışlarının keçirilməsinin şagirdlər arasında vətənpərvərlik hissinin aşılanmasına, asudə vaxtın səmərəli keçirilməsinə böyük töhvə olduğunu bildirmişlər.
Sonra çıxışçılar Ulu öndər və cənab Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, idman sahəsində qazanılan uğurlardan geniş danışmışlar.
Tədbir E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Xudayar təsnifi” və şəhidlərə aid şeirlər ilə davam etdirilmişdir.
Sonda şəhidlərin xatirəsinə həsr olunmuş Voleybol idman növü üzrə yarışa start verildi.