ABŞ-nin vitse-prezidenti J.D.Vens fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsla görüşməyi planlaşdırmır...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
“Bu, Ukrayna üzrə mümkün sülh razılaşması fonunda transatlantik gərginliyin artdığı bir vaxtda ev sahibi ölkə rəhbərinə ciddi diplomatik saymamzlıqdır”, deyə nəşr yazır.
Bundan əlavə, ABŞ vitse-prezidentinə yaxın, adı açıqlanmayan bir mənbənin Politico-ya verdiyi məlumata görə, Şolts uzun müddət kansler olmayacaq və ona görə də Vens onu görməyə ehtiyac duymur.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynada nizamlanmanın başlaması fonunda Donald Tramp və Vladimir Putinin telefon danışıqlarından sonra Bundestaqı münaqişəni fövqəladə vəziyyət kimi tanımağa çağırıb. Şolts vurğulayıb ki, Avropa və Ukrayna istənilən danışıqlarda iştirak etməlidir.
Şolts qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar sürpriz olmayıb, lakin Avropadan sürətli və qəti cavab tələb edir.
“Ukraynalılar olmadan Ukrayna haqqında, avropalılar olmadan Avropa haqqında danışmağın heç bir mahiyyəti yoxdur”, deyə kansler vurğulayıb.
Poliqon.info