AZ

Ayan evli kişidən uşaq gətirməsi ilə bağlı ittihamlara cavab verdi - VİDEO

“Sosial şəbəkədə haqqımda oxuduğum şərhlər içində “Sən sadəcə sevdin, düzdür amma yalnış insanı sevdin. Sən bilmirdin ki, o evli idi”. Bir cümlə deyəcəyəm və bu cümlə ilə bütün bu söz-söhbətlər bağlansın. Bir ay sonra qızım Selenanın 11 yaşı olacaq. Mənim övladım dünyaya gələndə heç kim evli deyildi. Onun atası da mən də evli deyil idi. Yenə təkrar edirəm ki, o evli deyil idi”.

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva RTV-də yayımlanan jurnalist Türkan Məmmədlinin təqdimatında “Çərçivədən kənar” verilişində deyib.

Sənətçi tez-tez cəmiyyətdə və sosial şəbəkələrdə onun evli kişidən övlad gətirməsi ilə bağlı səslənən ittihamlara cavab verib:

“Mən haqsızlığı qəbul edən insan deyiləm. Mən heç kimin ailəsini dağıtmamışam. Mən dünyaya evli kişidən övlad gətirməmişəm. Bunu zamanında sübut etmişəm. Mənim qarşı tərəflə problemim yoxdur. Heç olmağını da istəmirəm. Çünki o neqativlər və nifrət hiss olsaydı demək məndə hansısa qisas hissi olacaqdır. Amma məndə belə bir hiss yoxdur. Hər kəsin Allah yolunu açıq etsin. Heç bir qadını bədbəxt etməmişəm. Bədbəxt o qadındır ki və namussuzluq odur ki, siz bilə - bilə ki həyatınızdakı həyat yoldaşınız və övladlarınızın atası artıq size sevmir sadəcə sizinlə o evdə yad bir insan kimi yaşayır. Ən böyük namussuzluq da budur! Sən yad kişi ilə artıq bir evdə yaşayırsan nə olsun ki, ona övlad dünyaya gətirmisən. Ən böyük travma budur ki, övladlarını sən yazıq kimi böyüdürsən. Sən bilirsən ki, o kişi səni deyil başqa bir qadını sevir. Bu isə mənim keçmişimə aid deyil. Mən bu gün üçün bunu danışıram. Sən bilirsən ki, o kişi səninlə rəsmi boşanır amma yenə də sən hər dəfə onu qəbul edirsən. Ən böyük namussuz da sənsən, mən deyiləm! Əgər mən səni qəbul etməmişəmsə etməmişəm. Etməmişəm ki, mən bu gün təkəm. Öz adımdan danışıram. Mən bunlara öz tərəfimdən baxıram. Əgər mən kimisə qəbul etməmişəmsə demək mən doğru addım atmışam”.

Babakişiyeva sözügedən qalmaqallı mövzu ilə bağlı fikirlərini belə davam etdirib:

“Yazırlar ki, əgər bir ata öz övladını görmüsə və deyirsə ki, zamanında o mənim səhvim olub, sən necə deyə bilərsən ki, o uşaq atası ilə fəxr edir” (ağlayır). Bəli, Selan atası ilə fəxr edir, edəcək də… Bu mənim analıq borcumdur. O zaman travmalı ana və qadın olaram ki, o övladımı da nifrət içində böyüdərəm. Axı mən niffət etmirəm, mən hər şeyi və hər kəsi azad buraxdım. Ətrafımda kimsə mənə istər doğmam istərsə də qeyri – doğmam neqativ və pislik edirdisə hər kəsdən uzaqlaşdım. Mən istəmirəm ki, övladım keçdiyim o əziyyətlərdən keçsin. Bəlkə həmin gün özümü öldürərəm. Hər zaman istəmişəm ki, övladımın alnı açıq və üzü ağ olsun. Hər kəs bilir qızım Selenanın atası və anası kimdir, necə böyüyür və onun heç kimə adiyyatı yoxdur. Bir daha belə “evli” deyə şeylər görmək istəmirəm. Bağlayın bu söhbətləri. O insan evli deyil idi. Bu gün nədir bilmirəm, həyatında uğurlar arzu edirəm. Amma rəsmi bu insan subay idi. Bitdi!”

Türkanın “Evli olsaydı sevərdin yenə də?” sualına Ayan “Bəlkə də sevərdim. Mən onu nə puluna nə də ki varına görə sevməmişəm. Bunu ətrafımda olan bir çox insanlar və dostlarım gözəl bilir” cavabını verib.

Seçilən
22
1
olay.az

10Mənbələr